
Səudiyyə Ərəbistanına atılan on ballistik raket hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib
Səudiyyə Ərəbistanının cənub bölgələrinə husilər tərəfindən buraxılan 10 ballistik raket havada məhv edilib. Hadisə nəticəsində ölən və yaralanan yoxdur.
AzadAzərbaycan xəbər verir ki, Səudiyyə Ərəbistanının cənub istiqamətinə husilər tərəfindən atılan 10 ballistik raket hava hücumundan müdafiə sistemləri vasitəsilə məhv edilib.
Yəməndə fəaliyyət göstərən və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Turki əl-Maliki məlumat verərək bildirib ki, hərbi qüvvələr təhlükənin qarşısını vaxtında alıblar.
Qeyd edək ki, bundan əvvəl də paytaxt Ər-Riyad və Xamis-Muşayt şəhərinə istiqamətlənən raket hücumlarının qarşısı uğurla alınmışdı.
Həyata keçirilən hücumlar nəticəsində heç bir insan ölümü və ya xəsarət qeydə alınmayıb, həmçinin ciddi dağıntı baş verməyib.




