
Leyla Əliyeva UNESCO rəsmisi ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə görüş keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 28-də UNESCO-nun Baş direktorunun müavini Asa Regner ilə bir araya gəlib.
Görüş zamanı Heydər Əliyev Fondu ilə qurum arasındakı mövcud tərəfdaşlığın cari vəziyyəti və gələcək inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbətdə mədəni irsin qorunub saxlanılması, eləcə də təhsil, elm və mədəniyyət sahələrində icra olunan birgə layihələrin əhəmiyyəti xüsusi vurğulanıb. Tərəflər bu sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.




