
Göz yorğunluğundan qorunmaq üçün effektiv üsul: 20-20-20 qaydası
Redaksiya1 dəq oxu
Mütəxəssislər ekran qarşısında uzun müddət işləyənlərə gözləri dincəltmək üçün xüsusi 20-20-20 qaydasına əməl etməyi tövsiyə edirlər.
Son dövrlərdə rəqəmsal cihazların istifadəsinin artması ilə əlaqədar olaraq kompüter eynəklərinə tələbat da xeyli yüksəlib.
Bir çox insan bu cür vasitələrin ekranların zərərli təsirlərindən qoruduğunu düşünür, lakin mütəxəssislər fərqli preventiv tədbirlərin vacibliyini vurğulayırlar.
Həkimlərin bildirdiyinə görə, görmə orqanlarını dincəltmək üçün ən sadə və təsirli üsul 20-20-20 qaydasıdır.
Bu qaydaya əsasən, kompüterdə hər 20 dəqiqə işlədikdən sonra 20 saniyə ərzində təxminən 20 metr məsafəyə baxmaq lazımdır.




