
Məşhur türk müğənni Nevzat Doğansoy vəfat edib
Redaksiya1 dəq oxu
Türkiyənin tanınmış sənətçisi Nevzat Doğansoy (Nev) 57 yaşında dünyasını dəyişib.
AzadAzərbaycan xəbər verir ki, türkiyəli məşhur müğənni Nevzat Doğansoy dünyasını dəyişib.
Bu barədə məlumatı ifaçının meneceri İlker Ercan ictimaiyyətə açıqlayıb.
Bildirilib ki, 57 yaşlı sənətçi uzun müddətdir qaraciyər xəstəliyindən əziyyət çəkir və bu səbəbdən müalicə alırdı.
Qeyd edək ki, mərhum sənətçi 2000-ci illərdə yayımladığı "Zor", "Mühürlü Kaderim" və "Sen Gibi" kimi məşhur hit mahnıları ilə tanınmışdı.




