
İordaniyada kilsəyə edilən terror hücumunda ölənlərin sayı artıb
Redaksiya1 dəq oxu
İordaniyanın Kərək şəhərindəki pravoslav kilsəsinə hücum zamanı yaralanan qadın xəstəxanada vəfat edib və qurbanların sayı 8-ə çatıb.
AzadAzərbaycan xəbər verir ki, İordaniyanın Kərək şəhərində yerləşən pravoslav kilsəsinə təşkil edilən terror hücumu zamanı ağır xəsarət alan qadın müalicə olunduğu tibb müəssisəsində dünyasını dəyişib.
Krallığın Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, bu hadisədən sonra terror aktının qurbanlarının ümumi sayı 8 nəfərə yüksəlib.
Qeyd edək ki, hücumu həyata keçirən terror qruplaşmasının üzvləri hələ də hüquq-mühafizə orqanları tərəfindən saxlanılmayıb və cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




