
Məşhur Türkiyə serialı Kızılcık şerbeti bu mövsüm final edə bilər
Redaksiya1 dəq oxu
Türkiyənin reytinqli ekran işi Kızılcık şerbeti serialı mövsümün sonunda ekranlara vida edə bilər.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin məşhur ekran işi olan Kızılcık şerbeti serialı yaxın gələcəkdə final edə bilər.
Layihənin prodüseri Faruk Turgut mətbuata açıqlamasında hekayənin süni şəkildə uzadılmasının qətiyyən tərəfdarı olmadığını vurğulayıb.
O, reytinqləri 6-dan aşağı düşən serialların hər an başa çatdırılma ehtimalının olduğunu qeyd edərək, layihənin uyğun bir məqamda yekunlaşacağını bildirib.
Hələlik prodüser tərəfindən ekran işinin məhz hansı tarixdə və ya neçənci bölümdə final edəcəyi barədə dəqiq məlumat verilməyib.




