
Mitç Makkonnell: Trampın Rusiya ilə bağlı siyasəti Putini dayandırmayacaq
Amerikalı senator Mitç Makkonnell Donald Trampın Rusiya lideri Vladimir Putinlə güzəştlər yolu ilə razılığa gəlmək cəhdlərini tənqid edib.
ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə güzəştlərə getmək və Ukraynaya edilən dəstəyi azaltmaq vasitəsilə razılıq əldə etmək səyləri nəticəsiz qalmağa məhkumdur.
Amerikalı respublikaçı senator Mitç Makkonnell bu barədə mövqeyini bildirərək, xüsusilə Ağ Ev rəhbərinin Rusiyanın enerji infrastrukturuna hücumların dayandırılması üzrə razılaşmaların yerinə yetirildiyi barədə dediklərini tənqid atəşinə tutub.
Senatorun sözlərinə görə, məhdudiyyətlərin yumşaldılması Moskvanın təcavüzkar siyasətini səngitməyəcək, əksinə, Qərb dövlətlərinin zəiflik nümayiş etdirdiyi təəssüratını möhkəmləndirəcək.
O qeyd edib ki, bu cür strategiya real vəziyyətə uyğun deyil, strateji baxımdan sadəlövhaqdır və mənəvi prinsiplərə ziddir.
Makkonnell əlavə edib ki, təcavüzkarı mükafatlandırmağa və Rusiyaya güzəştə getməyə hesablanmış belə bir sövdələşmə Putini geri çəkilməyə məcbur etməyəcək, çünki tarix göstərir ki, bu cür addımlar avtokratları daha da ruhlandırır.




