
Səhərlər acqarına su içməyin trombla mübarizədə rolu açıqlandı
Həkim Yelena Tixomirova səhər yuxudan oyanandan dərhal sonra su içməyin sağlamlıq üçün əvəzedilməz faydalarından danışıb.
AzadAzərbaycan xəbər verir ki, səhər saatlarında bir və ya iki stəkan su içmək ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.
Mütəxəssislər bildirirlər ki, gecə ərzində bədən müəyyən miqdarda maye itirir və səhər su içməklə bu balansı bərpa etmək lazımdır. Bu vərdiş həmçinin həzm və sidik sisteminin normal fəaliyyətini stimullaşdırır.
Həkim Yelena Tixomirovanın sözlərinə görə, kifayət qədər su qəbul etmək qanın həddindən artıq qatılaşmasının qarşısını alır və nəticədə tromb riskini nəzərəçarpacaq dərəcədə azaldır.
Qanın durulaşması beyin dövranını yaxşılaşdıraraq onun fəaliyyətinə müsbət təsir göstərir. Bu sadə qayda xüsusilə yaşlı insanlar üçün böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, səhər su içmək limfa sisteminin işini gücləndirir, orqanizmin infeksiyalara qarşı müqavimətini artırır, eləcə də böyrək daşları və sidik yolları xəstəliklərinin yaranma riskini aşağı salır.




