
Müğənni Zenfira İbrahimova keçirdiyi estetik əməliyyatdan danışdı
İfaçı Zenfira İbrahimova qatıldığı verilişdə dörd il əvvəl qabırğalarında etdirdiyi estetik müdaxilədən söz açıb.
Məşhur müğənni Zenfira İbrahimova xarici görünüşündə etdirdiyi estetik dəyişikliklərlə bağlı diqqətçəkən ifadələr işlədib.
Qonaq olduğu "Qonaqcanlı" verilişində sənətçi təxminən dörd il öncə estetik əməliyyat olunduğunu etiraf edib. İfaçının sözlərinə görə, həmin dövrdə qabırğaları ilə bağlı müəyyən prosedurlar həyata keçirilib, lakin onlar tam şəkildə çıxarılmayıb.
Bununla yanaşı, yaxın günlərdə də yenidən həkim nəzarətindən keçərək müəyyən müdaxilələr etdirdiyini söyləyən müğənni tibb heyətinə minnətdarlığını ifadə edib. Sənətçinin bu səmimi etirafları izləyicilər tərəfindən böyük maraq və müzakirə ilə qarşılanıb.




