
Oleşkidəki humanitar əməliyyat sülhə gedən yolda mühüm mərhələ ola bilər
Ukrayna XİN başçısı Andrey Sibiqa Oleşki şəhərindəki humanitar missiyanın uğurlu olmasının sülh prosesini sürətləndirə biləcəyini bildirib.
AzadAzərbaycan xəbər verir ki, Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində planlaşdırılan humanitar əməliyyat müsbət nəticə verəcəyi təqdirdө, bu, tənzimlənmə prosesində yeni addımların atılmasına şərait yarada bilər.
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa səsləndirib. O qeyd edib ki, Kiyev Oleşkidə həyata keçirilən təşəbbüsləri dəstəkləyir, çünki əsas məqsəd insanların həyatını xilas etməkdir.
Nazirin sözlərinə görə, uzun müddətdir beynəlxalq ictimaiyyət, dünya liderləri və nüfuzlu təşkilatlar bölgədəki acınacaqlı vəziyyət barədə məlumatlandırılıb. Sibiqa həmçinin ABŞ-ın birinci xanımı Melaniya Trampa bu məsələdə göstərdiyi dəstəyə görə təşəkkür edib.
Xatırladaq ki, əvvəlki gün Xerson istiqamətində müəyyən saatdan etibarən atəşkəs rejimi qüvvəyə minib.




