
Qaradağda selin dağıtdığı körpünün yerində yenisi tikildi
Qaradağ rayonunda güclü sel sularının dağıtdığı körpü yenidən qurularaq istifadəyə verilib.
AzadAzərbaycan xəbər verir ki, Qaradağ rayonunda Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində təbii fəlakət zamanı sıradan çıxan körpünün əvəzinə müasir qurğu inşa olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, intensiv yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində biraşırımlı yeni körpü tikilib.
Görülən işlər nəticəsində həmin istiqamətdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və maneəsiz hərəkəti tam bərpa edilib.
Qeyd edək ki, respublika ərazisində güclü yağntıların yol infrastrukturuna vurduğu ziyanın aradan qaldırılması işləri dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq davam etdirilir.




