
Peyvənddən sonra bədən hərarətinin yüksəlməsinin səbəbi açıqlandı
Alimlərin apardığı son araşdırmalar peyvənddən sonra müşahidə olunan qızdırma reaksiyasının səbəblərini üzə çıxarıb.
AzadAzərbaycan xəbər verir ki, mütəxəssislər peyvənd olunduqdan sonra bəzi insanlarda bədən hərarətinin daha çox yüksəlməsinin səbəblərini tədqiq ediblər.
Araşdırmanın nəticələrinə əsasən, bu fərqliliyə insan bədənindəki bağırsaq mikrobiomu birbaşa təsir göstərə bilər.
Koronavirus əleyhinə peyvənd olunan şəxslərin məlumatlarını incələyən tədqiqatçılar bağırsaq bakteriyalarının aktivliyinin immun cavabını gücləndirərək hərarətin artmasına səbəb ola biləcəyini müəyyənləşdiriblər. Aparılan laboratoriya təcrübələri də bu ehtimalı tamamilə dəstəkləyib.
Bundan əlavə, tədqiqat zamanı məlum olub ki, bitki mənşəli qidalarla daha zəngin qidalanan insanlarda peyvənddən sonrakı qızdırma reaksiyası xeyli yüngül keçir.




