
Sergen Yalçın Türkiyə millisindəki hədəflərindən danışıb
Türkiyə yığmasının baş məşqçisi təyin olunan Sergen Yalçın milli komandada yeni səhifə açmaq və azarkeşlərin etimadını qazanmaq istədiyini bildirib.
Türkiyə millisinin yeni baş məşqçisi Sergen Yalçın vəzifəsinin icrasına başlaması ilə bağlı təəssüratlarını bölüşüb. Təcrübəli mütəxəssis yığmada yeni səhifə açmaq və azarkeşlərin etimadını doğrultmaq əzmində olduğunu qeyd edib.
Yalçın ona göstərilən etimada görə Türkiyə Futbol Federasiyasına minnətdarlığını bildirib. O, milli komandaya rəhbərlik etməyi məşqçilik karyerasının ən əlamətdar məqamlarından biri kimi qiymətləndirib.
Baş məşqçi komandanın uğurlu çıxışı üçün bütün futbol ictimaiyyətinin dəstəsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, əsas hədəflərdən biri azarkeşlərin milli komandaya olan marağını artırmaq və cəmiyyəti yığmanın ətrafında birləşdirməkdir.
Özünü xalqın baş məşqçisi adlandıran mütəxəssis komandanın döyüşkən ruhunu ön plana çıxaracaqlarını bildirib. O, qarşıdakı dövrün çətin keçəcəyini etiraf edərək, Avropa və dünya çempionatlarına hazırlıq prosesində hər kəsin dəstəyinə ehtiyac duyduqlarını qeyd edib.
Xatırladaq ki, təcrübəli mütəxəssis Türkiyə milli komandası ilə dördillik müqavilə imzalayıb.




