
Qalatasaray - Fənərbağça derbisinin hakimi bəlli oldu
Redaksiya1 dəq oxu
Türkiyə Superliqasının IX turu çərçivəsində keçiriləcək Qalatasaray - Fənərbağça matçının baş hakimi müəyyənləşib.
Türkiyə Superliqasının IX turunda baş tutacaq İstanbul derbisinin baş hakimi bəlli olub. AzadAzərbaycan xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmi məlumatına görə, əzəli rəqiblər - "Qalatasaray" və "Fənərbağça" arasındakı qarşılaşma Atilla Karaoğlana həvalə olunub.
Məsuliyyətli qarşılaşmanı FIFA referisi olan türkiyəli hakim idarə edəcək.
Xatırladaq ki, prinsiplər döyüşü hesab olunan bu oyun oktyabrın 26-da Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.




