
Sergen Yalçından hücumçu transferi sualına maraqlı reaksiya
Tanınmış türkiyəli mütəxəssis Sergen Yalçın mərkəz hücumçusu transferi ilə bağlı sualı zarafatla cavablandırıb.
Türkiyəli məşqçi Sergen Yalçının hücumçu transferi barədə səsləndirdiyi fikirlər gündəm yaratmağı bacarıb.
Mətbuat nümayəndələrinin komandaya mərkəz hücumçusunun lazım olub-olmaması ilə bağlı sualına mütəxəssis "Bəli, mərkəz hücumçusu olmadan olmaz. Düzünü deyirəm" şəklində cavab verib.
Jurnalistin belə bir oyunçunu haradan tapacaqları barədə növbəti sualı isə məşqçinin maraqlı reaksiyası ilə qarşılanıb. Yalçın zarafatla "İnstaqramdan... Nə deməkdir, haradan tapacaqsınız? Belə sual olar?" ifadələrini işlədib.
Onun media nümayəndəsi ilə bu dialoqu sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.




