
Tanınmış aktrisa Hande Erçelin sosial şəbəkə paylaşımından qazandığı məbləğ açıqlanıb
Türkiyəli aktrisa Hande Erçelin İnstaqram hesabındakı 24 saatlıq reklam paylaşımından əldə etdiyi qazanc müzakirələrə səbəb olub.
Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdəki reklam gəlirləri ilə bağlı iddialar diqqət çəkib. Aktrisanın İnstaqram səhifəsində cəmi bir gün qalan reklam xarakterli hekayə paylaşımı üçün böyük məbləğ aldığı bildirilir.
Yerli KİV-də yayılan məlumatlara görə, bu mövzu televiziya proqramlarının birində müzakirə obyektinə çevrilib. Geniş izləyici kütləsinə malik olan sənətçinin sosial media üzərindən əldə etdiyi gəlirin miqdarı hər kəsi təəccübləndirib.
İddia olunur ki, Hande Erçel İnstaqramdakó 24 saatlıq reklam paylaşımlarına görə 700 min türk lirəsi qazanc əldə edir. Qeyd olunan rəqəm sosial media platformalarındakı reklamların kommersiya potensialını bir daha gündəmə gətirib.
Xatırladaq ki, "Sen Çal Kapımı" serialındakı rolundan sonra beynəlxalq miqyasda tanınan aktrisa bir çox nüfuzlu brendlərlə əməkdaşlıq edir. Onun gündəlik həyatı, geyim tərzləri və reklam layihələri izləyicilər tərəfindən daim maraqla izlənilir.




