
Əməkdar artist Çingiz Əhmədov çəki artımından danışıb
Tanınmış aktyor Çingiz Əhmədov televiziya efirində keçmişdə apardığı verilişdən və qəbul etdiyi içki səbəbindən çəkisinin artmasından danışıb.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Çingiz Əhmədov qonaq olduğu verilişdə mətbəx mövzusuna olan marağından bəhs edib. O, illər əvvəl dövlət televiziyasında "Süfrə" rubrikasını apardığını və bu sahəyə bələd olduğunu bildirib.
Sənətçi qeyd edib ki, həmin verilişlərin çəkilişləri zamanı qonaqlarla birlikdə müxtəlif yeməklər bişirib qiymətləndirirdilər.
O, həmin dövrdə spirtli olmayan müəyyən bir içkinin təsirindən 7 kiloqram çəki aldığını etiraf edib. Aktyor çəkisinin sürətlə artdığını görüb qidalanmasına diqqət etdiyini və bir müddət fasilə verdiyini söyləyib.




