
Təyyarələrdə sərnişinlərin sağlamlığına təsir edən gizli risklər
Təcrübəli stüardessa uçuş zamanı sərnişinlərin yol verdiyi gigiyena və təhlükəsizlik xətalarını açıqlayıb.
AzadAzərbaycan xəbər verir ki, səyahət zamanı hiss edilən halsızlıq və narahatlığın səbəbi hər zaman salondakı sərin hava olmayıb, sərnişinlərin bəzi vərdişləri ilə də əlaqədardır.
Mütəxəssislər başın üstündəki fərdi havalandırma dəliyinin bağlanılmasını məsləhət görmürlər, çünki daimi hava dövranı ətrafdakı mikrobların uzaqlaşdırılmasına kömək edir.
Bundan əlavə, təyyarə daxilində, xüsusilə sanitar qovşaqlarda ayaqyalın gəzmək gigiyena qaydalarına ziddir və müxtəlif risklər yaradır.
Oturacaqların qarşısındakı qatlanan masaları istifadə etməzdən əvvəl antibakterial salfetlərlə təmizləmək, həmçinin səyahət üçün qat-qat və rahat geyim seçmək tövsiyə olunur.




