
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Redaksiya1 dəq oxu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü münasibətilə Qarabağa gələcək və dövlət başçısı ilə görüşəcək.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.
Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq səfər çərçivəsində iki ölkə liderinin ikitərəfli görüşü nəzərdə tutulub.
Danışıqlar zamanı Türkiyə-Azərbaycan strateji əməkdaşlığının müxtəlif istiqamətləri müzakirə olunacaq, eləcə də regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparılacaq.




