
Türkiyədə korrupsiya istintaqı: Milas bələdiyyə sədri və oğlu saxlanılıb
Muğla Baş Prokurorluğunun Milas Bələdiyyəsinə qarşı apardığı istintaq çərçivəsində aralarında bələdiyyə sədrinin də olduğu 18 nəfər həbs edilib.
AzadAzərbaycan xəbər verir ki, Türkiyənin Muğla vilayətində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Milas Bələdiyyəsinə qarşı aparılan araşdırmalar davam edir.
Prokurorluğun qərarı ilə barələrində həbs qəti imkan tədbiri seçilən 35 şübhəlidən 18-i artıq saxlanılaraq həbs edilib.
Həbs olunan şəxslər arasında Milas bələdiyyə sədri Fevzi Topuz və onun oğlu Doruk Topuzun da olduğu müəyyən edilib.
Məlumata əsasən, istintaq çərçivəsində saxlanılan digər şübhəlilərdən 2 nəfər barəsində ev dustaqlığı qərarı verilib, 15 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.




