
Çexiya lideri Pavel: Rusiya bütün NATO-nu hədəf kimi görür
Redaksiya1 dəq oxu
Çexiya Prezidenti Petr Pavel bildirib ki, Rusiya Ukraynada müharibəni dayandırmaqda maraqlı deyil və bütün Alyansı münaqişənin tərəfi hesab edir.
AzadAzərbaycan xəbər verir ki, Rusiya Ukrayna ilə bağlı hərbi əməliyyatların dayandırılması istiqamətində danışıqlara getməyə hələ hazır deyil.
Bu barədə Çexiya Prezidenti Petr Pavel alman mətbuatına açıqlamasında bildirib. O qeyd edib ki, Moskva bütün Şimali Atlantika Alyansını bu münaqişənin birbaşa iştirakçısı kimi qəbul edir.
Pavel əlavə edib ki, Rusiya tərəfi hazırda birbaşa hərbi toqquşma əvəzinə hibrid üsullara və kiberhücumlara üstünlük verir. Eyni zamanda, Ukrayna rəhbərliyi daha əvvəl dəfələrlə dialoq təklifi ilə çıxış edib.




