
Zaqatalada fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs tutulub
Zaqatala rayonunda evlərdən pul oğurlamaqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Zaqatala rayonunda silsilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən yaxalanıb.
Hüquq-mühafizə orqanlarına rayon ərazisindəki evlərin birindən pul oğurlanması barədə daxil olan məlumat əsasında əməliyyat tədbirləri həyata keçirilib. Aparılan araşdırmalar nəticəsində bu əməli törədən R.Musayev müəyyən edilərək saxlanılıb.
Polis əməkdaşlarının apardığı əlavə araşdırmalar zamanı məlum olub ki, həmin şəxs təkcə bir ev deyil, rayon ərazisindəki digər bir neçə fərdi yaşayış evindən də oğurluq edib.
Faktla əlaqədar cinayət işi açılıb. Məhkəmənin qərarı ilə R.Musayev barəsində həbs qətimkan tədbiri seçilib və istintaq davam edir.




