
Türkiyənin tanınmış simalarının milyonluq sərvətləri açıqlandı
Türkiyəli məşhurların serial, reklam və səhnə fəaliyyətindən əldə etdikləri külli miqdarda sərvətin təfərrüatları bəlli olub.
Türkiyənin məşhur aktyor və müğənnilərinin qazandıqları gəlirləri əsasən daşınmaz əmlaka yatırdıqları məlum olub. Onların sahib olduqları milyonlarla dəyəri olan mülklər və sərvətləri diqqət çəkib.
Aktrisa Məryəm Üzərli 320 milyon lirəlik sərvətlə siyahıda liderdir. Handə Ərçelin 250 milyon lirə, Serenay Sarıkayanın isə 186 milyon lirə sərvətə sahib olduğu bildirilir. Həmçinin İtaliyada yaşayan Can Yamanın da 300 milyon lirəlik sərvət topladığı qeyd olunub.
Müğənnilər arasında İbrahim Tatlıses, Ajda Pekkan, Sibel Can və Bülent Ərsoyun sərvətləri milyonlarla dollarla ölçülür. Sənətçilərin müxtəlif şəhərlərdə lüks villaları, mənzilləri və qiymətli kolleksiyaları mövcuddur.
Digər məşhur simalar Yıldız Tilbe və Hülya Avşar da qazanclarını daşınmaz əmlaka və müxtəlif biznes sahələrinə investisiya ediblər. Onların bir çox bölgədə torpaq sahələri, evləri və ferma təsərrüfatları var.




