
Tanınmış stilist İntizam Yusifov dünyasını dəyişib
Redaksiya1 dəq oxu
Cəmiyyətdə "İntuş" adı ilə tanınan stilist İntizam Yusifov səhhətindəki ciddi problemlər səbəbindən vəfat edib.
AzadAzərbaycan xəbər verir ki, "İntuş" ləqəbi ilə tanınan məşhur stilist İntizam Yusifov vəfat edib.
Əldə edilən məlumatlara əsasən, mərhum bir müddət idi ki, dializ müalicəsi qəbul edirdi. Yaxınlarının verdiyi xəbərə görə, o, keçmişdə böyrək əməliyyatı keçiribmiş. Bundan əlavə, İntizam Yusifovun şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyi və bu səbəbdən görmə qabiliyyətini itirdiyi bildirilir.
Mərhum stilistin cənazəsi Xəzər rayonunun Şağan qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.




