
Alla Puqaçovanın 2027-ci ilə bağlı açıqlaması diqqət çəkib
Müğənni Alla Puqaçovanın 2027-ci ilə qədər yaşamaqla bağlı sirli açıqlaması Rusiya hakimiyyət dairələrində narazılığın artmasından xəbər verə bilər.
AzadAzərbaycan xəbər verir ki, müğənni Alla Puqaçovanın Rusiyadakı mövcud vəziyyət fonunda 2027-ci ilə qədər yaşamaq zərurəti barədə səsləndirdiyi müəmmalı fikir ölkə rəhbərliyinin ətrafında narazılığın artdığına işarə ola bilər. Bu barədə opera ifaçısı və ictimai fəal Mariya Maksakova danışıb.
Onun sözlərinə görə, jurnalistə verdiyi müsahibədə gələcəklə bağlı birbaşa proqnozlar verməkdən çəkinən Puqaçova məhz 2027-ci ilə qədər yaşamağı tövsiyə edib. Maksakova bu ifadələrin arxasında sadəcə təsadüfi ehtimalların deyil, hakimiyyət kuluarlarındakı real əhval-ruhiyyənin dayandığını qeyd edib.
Ekspert hesab edir ki, cəmiyyət arasında yüksək nüfuza malik olan və geniş əlaqələrə sahib olan ifaçı bu cür fikirləri yalnız mistika və ya falçılıqla əlaqələndirmək düzgün deyil. Onun fikrincə, bu cür açıqlamalar rəsmi dairələrdəki qapalı söhbətlərdən və mövcud gərginlikdən qaynaqlana bilər.
Bundan əlavə, sabiq deputat Rusiya rəsmiləri arasında resurslar uğrunda sərt rəqabətin mövcudluğuna diqqət çəkib. O, Qərb ölkələrinin tətbiq etdiyi məhdudiyyətlərin və sanksiyaların Kremlə təzyiq göstərmək üçün əsas vasitə olduğunu vurğulayıb.




