
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməz saxlayıb
Redaksiya1 dəq oxu
ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 3,75-4 faiz diapazonunda saxlamaq qərarına gəlib.
AzadAzərbaycan xəbər verir ki, ABŞ-ın Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 3,75 faizlə 4 faiz səviyyəsində dəyişməz saxlayıb.
Qurumdan verilən açıqlamaya əsasən, ölkədə inflyasiya göstəriciləri hələ də yüksək olaraq qalmaqdadır.
Komitə əlavə məlumatların daxil olması ilə inflyasiyanın qarşıya qoyulan 2 faizlik hədəf səviyyəsinə vaxtında çatdırılması üçün zəruri addımların atılacağını bildirib.
Həmçinin qeyd olunub ki, qiymətlərin sabitliyinin təmin edilməsi istiqamətində siyasət davam etdiriləcək.




