
Əməkdar artist həyat yoldaşının vəfatından sonra parlaması barədə danışıb
Tanınmış aktrisa və Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı Oqtay Əliyevin ölümündən sonra sosial şəbəkələrin təsirindən bəhs edib.
AzadAzərbaycan xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, tanınmış prodüser Oqtay Əliyevin vəfatından sonra həyatında baş verən yeniliklərdən və sosial şəbəkələrin rolundan danışıb.
O qeyd edib ki, həyat yoldaşının sağlığında da ölkənin aparıcı simalarından biri olub və bütün layihələr onun prodüserliyi ilə reallaşıb: "Oqtay Əliyev dünyada olanda beş aparıcıdan biri idim. Dilarəni ulduz etdi, meydan yaratdı, xalqa tanıtdı. O vaxt sosial şəbəkələr yox idi, lakin indikindən də çox çalışırdım".
Sənətçi bildirib ki, hazırda görülən işlərin müxtəlif səhifələrdə geniş şəkildə paylaşılması insanların diqqətini daha çox çəkir və bu səbəbdən onun daha parlak göründüyü təəssüratı yaranır.
Xatırladaq ki, Oqtay Əliyev 2023-cü il martın 22-də baş verən ağır yol qəzası nəticəsində dünyasını dəyişib.




