
Arda Gülərin təyyarədə təraş olması sosial şəbəkələrdə müzakirələrə yol açıb
İspaniyanın "Real Madrid" klubunun türkiyəli yarımmüdafiəçisi Arda Gülərin uçuş zamanı təraş olması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
AzadAzərbaycan xəbər verir ki, "Real Madrid"in şərəfini qoruyan gənc futbolçu Arda Gülərin təyyarədə təraş etdiyi anların görüntüləri sərt müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçilərinin bir qismi idmançının bu hərəkətini tənqid edərək onun şöhrətin təsiri altına düşdüyünü və "güc sərxoşluğu" yaşadığını iddia ediblər.
Digər tərəfdən, bəzi izləyicilər isə bu hadisəni sadə və təbii qarşılayaraq uzun səfərlər zamanı belə halların ola biləcəyini bildiriblər.
Hazırda yayılan görüntülər ətrafında müzakirələr səngimir və istifadəçilər fərqli fikirlər səsləndirməyə davam edirlər.




