
Bavariya futbol klubunun baş məşqçisi Vensan Kompani xəstəxanaya yerləşdirilib
Almaniyanın Bavariya klubunun baş məşqçisi Vensan Kompani məşq bazasında huşunu itirərək təcili xəstəxanaya çatdırılıb.
AzadAzərbaycan xəbər verir ki, Almaniyanın Bavariya futbol klubunun baş məşqçisi Vensan Kompani təcili olaraq tibb müəssisəsinə aparılıb.
Məlumata görə, 40 yaşlı mütəxəssis komandanın məşq bazasında qəfil huşunu itirib və dərhal tibbi helikopterlə xəstəxanaya evakuasiya edilib.
Bildirilib ki, Kompani son dövrlərdə virus infeksiyasından əziyyət çəksə də, narahatlıqlara baxmayaraq işini davam etdirib.
Klubun mətbuat xidməti baş məşqçinin hərtərəfli müayinə olunacağını və həkim nəzarətində qalacağını açıqlayıb.
Onun yoxluğunda kollektivin məşqlərinə məşqçilər korpusunun digər üzvləri rəhbərlik edəcəklər.




