
Misli Premyer Liqasında doqquzuncu tura bu gün start veriləcək
Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində bu gün iki maraqlı qarşılaşma baş tutacaq.
Azərbaycan Premyer Liqasında IX tura bu gün start veriləcək və ilk oyun günündə azarkeşləri iki matç gözləyir.
Günün ilk görüşündə "Araz-Naxçıvan" Şamaxıda "Qəbələ"ni sınağa çəkəcək və qarşılaşma saat 15:00-da başlayacaq. Hazırda turnir cədvəlində qonaqlar 4 xalla 10-cu, Naxçıvan təmsilçisi isə 2 xalla sonuncu pillədə qərarlaşıb. Bu matçın baş hakimi Əkbər Əhmədov olacaq.
Günün digər qarşılaşmasında isə "Sumqayıt" kollektivi "Zirə"nin qonağı olacaq. Saat 19:00-da start götürəcək bu matçda paytaxt klubu 12 xalla 6-cı, "kimyaçılar" isə 8 xalla 8-ci sırada yer alıb. Görüş Zirə İdman Kompleksinin stadionunda keçiriləcək və matçın baş hakimi Tural Qurbanov təyin edilib.
Xatırladaq ki, cari turun oyunlarına oktyabrın 25-də yekun vurulacaq.




