
Kristiano Ronaldo karyerası ərzində 2 milyard qazanan ilk futbolçu oldu
Portuqaliyalı ulduz hücumçu Kristiano Ronaldo milyardlarla ölçülən qazancı ilə dünya idman tarixində yeni rekorda imza atıb.
AzadAzərbaycan xəbər verir ki, məşhur futbolçu Kristiano Ronaldonun uğurlu biznes layihələri və idman karyerası sayəsində gəlirləri sürətlə artmağa davam edir.
Nüfuzlu "Forbes" nəşrinin yaydığı məlumata əsasən, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun şərəfini qoruyan hücumçu karyerası ərzində 2 milyard dollar qazanc əldə edən ilk futbolçu kimi adını tarixə yazdırıb.
Mütəxəssislər bildirirlər ki, bu möhtəşəm rəqəm təkcə yaşıl meydançalardakı maaşlardan ibarət deyil, həm də idmançının digər kommersiya fəaliyyətləri və reklam müqavilələrindən əldə etdiyi gəlirləri əhatə edir.
Qeyd edək ki, təcrübəli oyunçunun "Əl-Nəsr" komandası ilə bağladığı müqavilənin müddəti 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub.




