
Bakıda fantastik qiymətə lüks avtomobil satışa çıxarıldı
Redaksiya1 dəq oxu
Paytaxtın avtomobil bazarında yeni və rekord qiymətə malik bahalı nəqliyyat vasitəsi alıcılara təqdim olunub.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın avtomobil bazarında növbəti dəfə rekord məbləğə satılan lüks nəqliyyat vasitəsi diqqət çəkib.
Ölkənin tanınmış elan platformalarından birində 2024-cü il istehsalı olan "Lamborcini Urus" markalı avtomobil satışa çıxarılıb.
Şəhərdə fəaliyyət göstərən avtosalonlardan biri tərəfindən təklif edilən yaşıl rəngli bu lüks offroader üçün kifayət qədər yüksək məbləğ müəyyənləşdirilib.
Məlumata görə, həmin nəqliyyat vasitəsinin satış qiyməti 348 000 ABŞ dolları, yəni təxminən 591 600 manat təşkil edir.




