
Ağıllı telefon istifadəçiləri arasında alüminium folqa üsulu niyə populyarlaşır
Rəqəmsal gizliliyi qorumaq istəyən istifadəçilər telefonları alüminium folqaya bükməyə başlayıblar.
Ağıllı telefon sahibləri rəqəmsal məxfiliyi təmin etmək üçün qeyri-adi üsula əl atırlar. Cihazları kənar siqnallardan qorumaq məqsədilə alüminium folqadan istifadə edilməsi geniş müzakirə olunur.
Smartfonu alüminium folqaya bükmək aparatın xarici mühitlə əlaqələrini kəsmək məqsədi daşıyır. Alüminium elektromaqnit dalğalarını əks etdirən material olduğundan mobil şəbəkə, Wi-Fi və Bluetooth siqnallarını zəiflətməyə qadirdir.
Lakin bu üsul tam təhlükəsizlik və 100 faiz zəmanət vermir. Cihazın yaddaşında olan məlumatlar, tətbiq icazələri və əvvəlcədən paylaşılmış məkan göstəriciləri bu vasitə ilə aradan qaldırılmır.
Mütəxəssislərin fikrincə, rəqəmsal gizliliyi qorumaq üçün telefonu folqaya bürüməkdənsə, proqramların məkan icazələrini tənzimləmək və lazım olmayan bağlantı parametrlərini söndürmək daha etibarlı addımdır.




