
Bakıda Yasamal rayonundakı 3 mərtəbəli tarixi bina əsaslı təmir ediləcək
Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC Yasamal rayonunda yerləşən tarixi yaşayış binasının bərpası üçün tender elan edib.
AzadAzərbaycan xəbər verir ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 4 ünvanında yerləşən üçmərtəbəli tarixi yaşayış binasının əsaslı təmiri ilə bağlı satın alma tenderi keçirir.
Bərpa işləri üzrə keçirilən müsabiqənin ehtimal olunan ümumi dəyəri 2,796 milyon manat müəyyən edilib. İddiaçıların tenderdə iştirak haqqı isə 1 000 manat təşkil edir.
Layihədə iştirak etmək istəyən şirkətlər öz təkliflərini noyabrın 17-si saat 18:00-dək təqdim etməlidirlər. Müraciət zərflərinin açılışı məhz həmin tarixdə və göstərilən vaxtda həyata keçiriləcək.




