
Biləsuvar rayonunda elektrik enerjisinin verilişi tam bərpa edildi
Redaksiya1 dəq oxu
Biləsuvar şəhərində və ətraf kəndlərdə yaranmış elektrik enerjisi fasiləsi aradan qaldırılıb, işıq verilişi bərpa olunub.
AzadAzərbaycan xəbər verir ki, Biləsuvar rayonunda elektrik enerjisinin verilişində yaranan problem tamamilə aradan qaldırılıb və təminat bərpa olunub.
Xatırladaq ki, əvvəlki günlərdə rayonda müşahidə olunan kəskin hava şəraiti, xüsusilə ildırımlı və yağışlı günlər enerji təchizatında fasilələrə yol açmışdı.
Yaranmış çətinliklər nəticəsində Biləsuvar şəhəri ilə yanaşı, bir sıra yaşayış məntəqələri də müvəqqəti olaraq işıqsız qalmışdı.




