
Castin Biberin keçmiş sevgilisi Sara Rey 34 yaşında dünyasını dəyişdi
Tanınmış avstraliyalı model Sara Rey 34 yaşında vəfat edib. Onun ölümünə səbəb kimi fentanil həbinin dozadan artıq qəbul edilməsi ehtimal olunur.
AzadAzərbaycan xəbər verir ki, avstraliyalı model Sara Rey 34 yaşında vəfat edib.
Onun sintetik opioid olan fentanili həddindən artıq qəbul etdiyi üçün dünyasını dəyişdiyi ehtimal edilir. Model bu səbəbdən Los-Ancelesdə xəstəxanaya yerləşdirilmişdi və bazar günü orada həyatını itirib.
Hələlik modelin ölümünün rəsmi səbəbi tam olaraq açıqlanmayıb.
Xatırladaq ki, Sara Rey 2016-cı ildə məşhur kanadalı müğənni Castin Biberlə olan münasibəti ilə də geniş tanınmışdı.
Həmçinin, mərhum model bir neçə ay əvvəl ana olmuşdu. Yanvar ayında onun Snou Rey Dou adlı qız övladı dünyaya gəlmişdi.




