
ABŞ mühafizəkarları Donald Tramp ilə Ukrayna arasında seçim etməlidir
ABŞ prezidenti Donald Trampın Moskvanın xeyrinə atdığı addımlar illərdir Ukraynanı dəstəkləyən amerikalı mühafizəkarları çətin seçim qarşısında qoyub.
ABŞ prezidenti Donald Trampın Moskvanın xeyrinə etdiyi yeni addımlar illərdir onun Ukraynanın etibarlı müttəfiqi olduğunu iddia edən Amerika mühafizəkarlarını utandırıb. Və hazırda Amerika mühafizəkarları Tramp və Ukrayna arasında seçim etmək məcburiyyətində qalırlar.
The Bulwark nəşrinin yazdığına görə, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Ukrayna rəhbərliyinə qarşı hücumlar və Kiyevə edilən təzyiqlər hətta bəzi Tramp tərəfdarlarının da onun siyasətini şübhə altına almasına səbəb olur. Tramp Rusiyaya qarşı qanuni olaraq məcburi sanksiyaların tətbiqini təxirə salıb.
Amerika prezidenti Ukraynanın çətin vəziyyətdə olduğunu və Rusiyanın sülh sazişində daha çox maraqlı olduğunu bildirib. Əvvəllər bəzi mühafizəkar şərhçilər Trampın ziddiyyətli açıqlamalarını taktiki manevrlərlə əlaqələndirirdilər, lakin Ağ Evin hərəkətlərini haqlı çıxarmaq getdikcə çətinləşir.
Jurnalist Keti Yanq qeyd edib ki, Rusiya dəfələrlə Ukraynanın atəşkəs təkliflərini rədd edib, Tramp isə Kiyevi müharibəni uzatmaqda ittiham edir. Bu fonda Vaşinqton Kiyevə dəstəyi gücləndirmək əvəzinə Moskvaya yaxınlaşır.
İndi Amerika mühafizəkar düşərgəsindəki Ukrayna tərəfdarları Trampa sədaqət və Ukraynanın suverenliyinə davamlı dəstək arasında seçim etmək məcburiyyətində qalıblar.




