
Lavanda yağı miqren və şiddətli baş ağrılarını necə aradan qaldırır
Gərginlik və stres səbəbindən yaranan miqren və baş ağrılarından əziyyət çəkənlər üçün təbii üsul açıqlanıb.
AzadAzərbaycan xəbər verir ki, gündəlik həyatın stresindən, ekran qarşısında uzun müddət qalmaqdan və yorğunluqdan qaynaqlanan baş ağrılarının qarşısını almaq üçün təbii üsullara müraciət etmək mümkündür.
Mütəxəssislərin bildirdiyinə görə, təbii efir yağları arasında xüsusi yeri olan lavanda yağı miqren və baş ağrılarını qısa müddətdə azaltmağa kömək edir.
Lavanda yağının tərkibindəki xüsusi birləşmələr sinir sistemini sakitləşdirir. Bir neçə damcı yağı ovuca tökərək dərindən nəfəs almaq beyinə gedən stres siqnallarını bloklayır və damarlardakı təzyiqi azaldır.
Eyni zamanda, yağı gicgahlara və ənsə nahiyəsinə masaj hərəkətləri ilə çəkmək qan dövranını tənzimləyir və əzələ gərginliyindən yaranan ağrıları yox edir.
Məhsul həmçinin yuxusuzluq və gərginlik zamanı təbii sakitləşdirici vasitə kimi də istifadə oluna bilər.

