
Osloda Ukraynada müharibənin dayandırılması yolları müzakirə olunub
Norveçin paytaxtında Ukrayna, ABŞ və Avropa nümayəndələrinin iştirakı ilə müharibənin dayandırılması və təhlükəsizlik zəmanətləri müzakirə edilib.
AzadAzərbaycan xəbər verir ki, oktyabrın 20-də Osloda Ukrayna, Amerika Birləşmiş Ştatları və Avropa nümayəndə heyətləri müharibəyə son qoyulması yollarını müzakirə ediblər. Görüşdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsi də gündəmə gətirilib.
Ukrayna Prezidenti Vladimir Zelenski görüşdən sonra keçirilən mətbuat konfransında amerikalılara güclü zəmanətlər verəcəklərini bildirdikləri üçün minnətdarlığını ifadə edib. O, müxtəlif təkliflərin, o cümlədən NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlərin müzakirə olunduğunu bildirib.
Dövlət başçısı müxtəlif təhlükəsizlik zəmanətlərinin nəzərdən keçirildiyini qeyd edib. Bunlara sənədlərdə əksini tapan zəmanətlər, eləcə də ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya tərəfinə çatdıracağı təkliflər daxildir. Zelenski qarşı tərəfin cavabının bir gün sonra bilinəcəyini vurğulayıb.




