
Donald Trampdan Nobel Sülh Mükafatı və Norveçlə Bağlı Sərt Açıqlama
ABŞ Prezidenti Donald Nobel Sülh Mükafatını ala bilməməsindən narazılığını dilə gətirərək Norveçi sərt şəkildə tənqid edib.
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatını qazana bilməməsindən narazılığını bir daha dilə gətirib və Norveç barədə sərt fikirlər səsləndirib.
O, bu barədə Miçiqanda Respublikaçılar Partiyasından olan tərəfdarları qarşısında çıxış edərkən danışıb. Amerika lideri bir çox münaqişələrin tənzimində rol oynadığını, lakin buna baxmayaraq mükafata layiq görülmədiyini qeyd edib.
Səkkiz münaqişəni həll etdiyini və daha ikisinin həll yolunda olduğunu xatırladan siyasətçi Norveçlə heç bir əlaqə saxlamaq istəmədiyini vurğulayıb. O, ölkənin ünvanına sərt ifadələr işlədərək narazılığını açıq şəkildə ifadə edib.




