
Paytaxtın iki rayonunda qaz təchizatında fasilələr yaranacaq
Payız-qış mövsümünə hazırlıq və təmir işləri ilə əlaqədar Binəqədi və Qaradağ rayonlarının bəzi ünvanlarında qaz olmayacaq.
AzadAzərbaycan xəbər verir ki, paytaxtın Binəqədi və Qaradağ rayonlarının bir sıra ərazilərində mavi yanacağın verilişində müvəqqəti fasilələr müşahidə olunaca.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayılıb. Bildirilib ki, məhdudiyyətlər qarşıdan gələn payız-qış mövsümünə hazırlıq, həmçinin zəruri təmir-quraşdırma işləri ilə əlaqədardır.
Qeyd olunan tədbirlər nəticəsində saat 10:00-dan etibarən işlər yekunlaşanadək Binəqədi rayonunun S. S. Axundov küçəsində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsi, Təzə Yurd və 2A yaşayış massivlərində qaz təchizatı dayandırılacaq.




