
Ermənistan rəsmiləri Sünikdə TRİPP layihəsinin işlərinə başlayıb
Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri Sünik vilayətinə səfər edərək TRİPP infrastrukturlarının layihələndirilməsini müzakirə ediblər.
AzadAzərbaycan xəbər verir ki, Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan, ərazi idarəetməsi və infrastruktur naziri Davit Xudatyan, həmçinin Şəhərsalma Komitəsinin sədri Eqiazar Vardanyan və digər rəsmi şəxslər Sünik vilayətinə səfər ediblər.
Ermənistan hökumətinin yaydığı məlumata əsasən, səfərin əsas məqsədi TRİPP infrastrukturlarının layihələndirilməsi istiqamətində görüləcək işlərin təşkilati məsələlərini yerində müzakirə etmək və layihənin gələcək addımlarını müəyyənləşdirməkdir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan TRİPP layihəsi çərçivəsində faktiki tikinti işlərinə 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində start verilə biləcəyini açıqlamışdı.




