
Tanınmış çinli müğənni ad günü konsertində səhnədən yıxıldı
Redaksiya1 dəq oxu
Çinli məşhur ifaçı Zhang Liangying ad günü üçün təşkil olunan konsert proqramı zamanı səhnədən yıxılaraq xəsarət alıb.
AzadAzərbaycan xəbər verir ki, tanınmış çinli müğənni Zhang Liangying səhnədə bədbəxt hadisə ilə üzləşib.
İfaçı ad günü münasibətilə təşkil olunan konsertdə çıxışı zamanı təxminən iki metr hündürlükdən yerə düşüb.
Müğənninin qoruyucu məhəccərlə təchiz olunmayan platformadan yıxıldığı anlar lentə alınıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.
Yayılmış kadrlarda sənətçinin səhnədə yaşadığı təhlükəli anlar açıq şəkildə diqqət çəkir.




