
Aysun İsmayılova peşəsini niyə dəyişdiyini açıqladı
Tanınmış müğənni Aysun İsmayılova televiziya proqramında dizaynerlikdən müğənniliyə keçidinin maraqlı səbəblərini bölüşüb.
AzadAzərbaycan xəbər verir ki, tanınmış müğənni Aysun İsmayılova qonaq olduğu televiziya verilişlərinin birində karyerasının başlanğıcı və əsl peşə seçimi barədə səmimi fikirlər səsləndirib.
İfaçı bildirib ki, əvvəlcə modelyer-dizayner olmaq istəyib və bu istiqamətdə Rusiyada peşəkar təhsil alıb. O, təhsilini başa vurduqdan sonra bir müddət öz ixtisası üzrə fəaliyyət göstərdiyini qeyd edib.
Lakin sonradan fikrini dəyişərək musiqi sahəsinə keçdiyini vurğulayan Aysun, əsas gəlirin məhz ifaçılıqda olduğunu anladığını etiraf edib. Sənətçi əlavə edib ki, anasının müğənni olması onun uşaqlıqdan bu sahəyə maraq göstərməsinə və güzgü qarşısında mahnı oxumasına səbəb olub.




