
İsrailli nazir Qəzza sakinlərinin Avropaya köçürülməsini təklif edib
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinlilərin Qəzza zolağından Fransa və Böyük Britaniyaya köçürülməsini müdafiə edib.
AzadAzərbaycan xəbər verir ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinlilərin Qəzza zolağından Avropaya köçürülməsini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, anklav sakinlərini qəbul edə biləcək potensial ölkələr arasında son illərdə İsrailə qarşı ritorikanı gücləndirən Fransa və Böyük Britaniya xüsusi yer tutur.
Ben-Qvir fələstinlilərin mühacirətinə hərtərəfli dəstək verməyə çağırıb və bölgənin bütün ərazisinə tam nəzarətin bərqərar olunması planını təsdiqlədiyini vurğulayıb. O qeyd edib ki, əsas məqsəd bütün ərazini tam şəkildə nəzarətə götürməkdir.
Xatırladaq ki, bundan əvvəl İsrail Londonun İordan çayının qərb sahilindəki məntəqələrlə ticarəti qadağan etmək qərarına cav olaraq Qüdsdəki Böyük Britaniya konsulluğunun fəaliyyətini dayandırmışdı. Həmçinin, İsrail hakimiyyəti Britaniya nümayəndələrini Qəzzadakı vəziyyətin monitorinq mərkəzindən uzaqlaşdırmışdı.




