
Neftçalada ağır yol qəzasında xəsarət alan 2005-ci il təvəllüdlü gənc xəstəxanamızdı vəfat etdi
Redaksiya1 dəq oxu
Neftçala rayonunda avtobusla minik avtomobilinin toqquşması nəticəsində ağır xəsarət alan gənc xəstəxanada dünyasını dəyişib.
AzadAzərbaycan xəbər verir ki, ötən gün Neftçala rayonunda baş verən ağır yol qəzasının qurbanı ölüb.
Avtobusla minik maşınının toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli həkimlərin səylərinə baxmayaraq, müalicə aldığı xəstəxanada bu gün vəfat edib.
Faktla bağlı zəruri araşdırma tədbirləri davam etdirilir.




