
Leyla Abdullayeva Bricit Makronla görüşdə mühüm mövzuları müzakirə edib
Redaksiya1 dəq oxu
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin birinci xanımı Bricit Makronun iştirakı ilə keçirilən tədbirdə qadınlar, uşaqlar və təhsil kimi mövzularda müzakirələr aparıb.
Fransada xanım səfirlər üçün xüsusi nahar təşkil olunub və ölkənin birinci xanımı Bricit Makronun qatıldığı bu tədbirdə Azərbaycanın həmin ölkədəki səfiri Leyla Abdullayeva da iştirak edib.
Diplomat bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edərək görüşün detallarını bölüşüb.
O qeyd edib ki, tədbir çərçivəsində qadınlar, uşaqlar, təhsil, səhiyyə və digər vacib mövzular ətrafında səmimi müzakirələr aparılıb.
Səzir Leyla Abdullayeva göstərilən qonaqpərvərliyə və ayrılan vaxta görə Bricit Makrona minnətdarlığını bildirib.




