
Luka Nikulesku Rumıniyanın yeni baş naziri vəzifəsinə təsdiqlənib
Redaksiya1 dəq oxu
Rumıniya parlamentində keçirilən səsvermədə Luka Nikuleskonun təklif etdiyi yeni hökumət tərkibi qəbul olunub.
AzadAzərbaycan xəbər verir ki, Luka Nikulesku Rumıniyanın Baş naziri vəzifəsinə təsdiqlənib. Bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, onun formalaşdırdığı yeni kabinet parlamentdə kifayət qədər səs çoxluğu qazanaraq təsdiq olunub.
Səsvermə zamanı 280 deputat yeni hökumətin xeyrinə səs verib, 58 parlamentari isə əleyhinə çıxış edib.
Qeyd edək ki, yeni hökumətin tərkibinə Sosial Demokrat Partiyasının təmsilçiləri ilə yanaşı, müstəqil nazirlər də daxil edilib.




