
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüş keçirib
Redaksiya1 dəq oxu
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 27-də Dünya Turizm Təşkilatının Baş katibi Şeyxa Əl Nuveysi ilə görüşdə olub.
Görüş zamanı qonaq paytaxt Bakının ecazkar memarlığı və Zəfər muzeyi barədə xoş təəssüratlarını dilə gətirib.
Tərəflər Azərbaycan ilə qurum arasında qurulan səmərəli əməkdaşlıq əlaqələrinin cari səviyyəsini yüksək qiymətləndiriblər.
Söhbət əsnasında ölkəmizdə turizmin inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrıldığı, regionlarda müasir infrastrukturun qurulduğu diqqətə çatdırılıb.




