
Bəyi ilk dəfə toyda gördüyü iddia edilən gəlinin reaksiyası gündəm oldu
Redaksiya1 dəq oxu
Sosial şəbəkələrdə toy günü bəyi ilk dəfə gördüyü iddia edilən gəlinin narazı üz ifadəsini əks etdirən görüntülər yayılıb.
AzadAzərbaycan xəbər verir ki, sosial şəbəkələrdə toy mərasimlərinin birində çəkilmiş maraqlı görüntülər geniş müzakirələrə yol açıb.
Paylaşılan kadrların şərhlərində gəlinin öz gələcək həyat yoldaşını ilk dəfə məhz toy günü gördüyü iddia olunur. Gəlinin bəyə baxarkən nümayiş etdirdiyi narazı üz ifadəsi izləyicilərin xüsusi diqqətini cəlb edib.
Sözügedən görüntülər istifadəçilər tərəfindən maraqla qarşılansa da, gəlinin bəyi həqiqətən ilk dəfə toyda görüb-görmədiyi və bu cür reaksiyasının dəqiq səbəbləri barədə rəsmi məlumat yoxdur.




